Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkəmizdə pandemiyanın ilk günlərindən mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı pratiki tədbirlər həyata keçirir

0

  •         Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının "Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması, birlikdə daha sağlam, təhlükəsiz və ədaləti dünyanın qurulması" mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib.         Burada çıxış edən Prezidentimiz İlham Əliyev bildirdi ki Covid-19 pandemiyası ilə əlaqədar Qlobal Səhiyyə Gündəliyi üçün olduqca çətin bir dönəmdə baş tutan Ümumdünya Səhiyyə Assembleyisıda bildirirəm ki, pandemiyanın ilk günlərindən Azərbaycan Covid-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı pratiki tədbirlər həyata keçirmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Xəstələrin müalicəsi üçün xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Bununla yanaşı Covidin mənfi təsirinə məruz qalmış ölkə vətəndaşları və sahibkarlıq subyektlərinin təstəkləmək məqsədilə 2 milyard ABŞ dolları həcmində sosial iqtisdi təşviq paketi təqdim edilmişdir. Ölkəmizdə görülmüş tədbirlər nəticəsində karantin rejmi yumşadılmışdır. Peyvənd kampaniyasına başlamışıq və artıq 99% sinovak, qalanı isə Astrazeneca və Sputnik olmaqla 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəmlər əhalimizin 20%-ni təşkil edir. 18 yaşından yuxarı olan vətandaşlar peyvənd oluna bilər. Peyvənd olunanlara covid-19 pasportları təqdim edilir. Qoşulmama hərəkatının sədri qismində Azərbaycan bir sıra Qlobal təşəbbüslərlə çıxış etmişdir. Azərbaycan 30 artıq ölkəyə maliyyə yardımı göstərilmişdir. Bəzi ölkələr tərəfindən bir neçə dəfə artıq peyvənd əldə edilməsi və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından  məhrum etmələrini ictimai şəkildə pisləmişdir, qeyri bərabərlik narahatlıq doğurur. Peyvəndlərin 88% zəngin ölkələr tərəfindən alınmışdır.        Ölkə prezidenti vaksinlərin ədalətsiz bölgüsünə öz iradını bildirir. İlham Əliyev Azərbaycanın həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəyini diqqətə çatdırır.       Emin Əhmədov,       Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib45 dəfə
    Ölkəmizdə pandemiyanın ilk günlərindən mənfi təsirinin minimuma endirilməsi vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı pratiki tədbirlər həyata keçirir

    Maraqlı gələ bilər
    30
    43
    87
    70